17 C
Baku
Saturday, October 5, 2024

ASCO-nun törəmə şirkəti adını dəyişdi

Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu adını və təşkilati-hüquqi formasını dəyişir.

Banker.az xəbər verir ki, dəyişərək “ASCO Mühəndislik” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.

Bildirək ki, ASC0-nun Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 014 403 AZN-dir və qanuni təmsilçisi Oyrad Abdullayevdir.

İnstitut Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, “Rusiya Dəniz Gəmiçiliyi Registri”nin,  “Azərbaycan Dəniz Gəmiçiliyi Registri”nin müvafiq şəhadətnamələrinə, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin lisenziyasına malikdir.

Son xəbərlər
Digər xəbərlər