9 C
Baku
Monday, November 18, 2024

“Hell Energy” tezliklə Ələt Azad İqtisadi Zonasında zavodun tikintisinə başlayacaq

Macarıstanın “HELL Energy” şirkəti yaxın zamanda Ələt Azad İqtisadi Zonasında alüminium içki qutularının istehsalı və doldurulması üzrə zavodun tikintisinə başlayacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.

“Hazırda layihələndirmə işləri yekunlaşdırılır və yaxın zamanda zavodun tikinti işlərinə başlanılması nəzərdə tutulur”, – deyə məlumatda bildirilir.

2023-cü il iyul ayının 10-da Macarıstanın “HELL Energy” şirkətlər qrupu ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) arasında birgə iştirak müqaviləsi imzalanıb.

Dəyəri $211 milyon olan layihə Ələt Azad İqtisadi Zonasının ərazisində alüminium içki qutularının istehsalı və doldurulması üzrə zavodun inşasını və birinci mərhələdə ildə 415 milyon ədəd alüminium içki qutusunun istehsalını və doldurulmasını nəzərdə tutur. Növbəti mərhələdə illik istehsal həcmi 700 milyon ədədə çatdırılacaq.

Zavod fəaliyyətə başladıqdan sonra 280 nəfər daimi iş yeri ilə təmin ediləcək.

Son xəbərlər
Digər xəbərlər