-1 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində yazıb.

Fəxrəddin Altun qeyd edib ki, toplantıda terrorla mübarizə müzakirə olunacaq.

Bu gün yerli vaxtla 14:30-da İstanbuldakı Dolmabaxça sarayında keçiriləcək iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, baş qərargah rəisi Metin Güler, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın iştirak edəcəklər.

Son xəbərlər
Digər xəbərlər