13 C
Baku
Saturday, November 23, 2024

“Ziraat Bank Azərbaycan” böyüyüb, gəlirləri və mənfəəti artıb

“Ziraat Bank Azərbaycan” ASC 2023-cü ilin IV rübünü 8 milyon 513 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 7 milyon 559 min manat təşkil edib ki, bu da illik müqayisədə 13% artım deməkdir.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ildə “Ziraat Bank Azərbaycan”ın gəlirləri 57 milyon 937 min manat (illik müqayisədə 35.3% çox), xərcləri 33 milyon 13 min manat təşkil edib. Bank 2 milyon 128 min manat mənfəət vergisi ödəyib.

Bu il yanvarın 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 636 milyon 685 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 20.4% çoxdur. Bunun 390 milyon 942 min manatı müştərilərə verilmiş kreditlərdir.

Son xəbərlər
Digər xəbərlər