Təhsilin İnkişafı Fondu publik hüquqi şəxs “İdeal TM” Qapalı Səhmdar Cəmiyyəti ilə 5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin sökülərək yerində yeni binanın tikintisi işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 800 207.44 AZN təşkil edir.