Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına edilən əlavənin müddəti uzadılıb.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.