12 C
Baku
Thursday, November 14, 2024

Pakistan İran ərazisinə aviazərbələr endirib, ölənlər var – Yenilənib

12:46

Pakistanın İranın sərhədyanı Saravan kəndinə zərbələri zamanı ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə Sistan və Bəlucistan valisinin təhlükəsizlik üzrə müavini bildirib.

“Bu səhər sərhəd kəndlərindən olan Saravana raket hücumu nəticəsində ölənlərin sayı 9-a çatıb”, – o deyib.

***

09:09

Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.

Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib

“Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən “Marg Bar Sarmachar” kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, – məlumatda vurğulanır.

İranın Tasnim Agentliyi isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib. Partlayış nəticəsində həlak olanların üçünün qadın, dördünün uşaq olduğu vurğulanır. Ölənlərin hamısının İran vətəndaşı olmadığı da bildirilib.

***

08:58

Pakistan İran ərazisinə aviazərbələr endirib.

Bu barədə “France-Presse” məlumat yayıb. Agentlik Pakistan ordusunun İrandakı silahlı qruplaşmaları hədəfə aldığını bildirib.

Saravan şəhərində partlayış səsləri eşidildiyi bildirilib.

Qeyd edək ki, İran bir gün əvvəl Pakistanın Bəlucistan əyalətindəki hərbi hissəyə dronla hücum etmişdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər