Bundestaq Almaniyada vətəndaşlıq qanununa əsaslı dəyişiklikləri təsdiqləyib.
Bu barədə “Der Spiegel” məlumat yayıb.
Gələcəkdə əcnəbilər Almaniyada səkkiz deyil, cəmi beş il yaşadıqdan sonra alman pasportu üçün müraciət edə biləcəklər. “Xüsusi inteqrasiya nailiyyətləri” vəziyyətində, vətəndaşlığa keçmə üç ildən sonra mümkün olacaq.