11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda ötən il könüllü sığorta 22%, icbari sığorta isə 38% artıb

2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 888 milyon 104 min manat sığorta haqqı toplanılıb.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 22% çoxdur.

Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 38% artaraq 334 milyon 433 min manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 479 milyon 253 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 42% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 13% artaraq 108 milyon 72 min manat olub.

Son xəbərlər
Digər xəbərlər