Finlandiyada ölkənin sayca 13-cü dövlət başçısını müəyyən edəcək prezident seçkiləri keçiriləcək.
Bu vəzifə uğrunda həm siyasi partiyalar, həm də seçici hərəkatları tərəfindən irəli sürülmüş ümumilikdə doqquz namizəd mübarizə aparır.
Seçkilərdə yaşı 18-dən yuxarı olan Finlandiya vətəndaşları səs verə biləcək.
Təxminən 4,55 milyon nəfərin səsvermə hüququ var (ölkə əhalisi 5,56 milyon nəfərdir). Seçki məntəqələri yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) açılacaq və saat 20:00-a (Bakı vaxtı ilə 22:00) qədər açıq olacaq. Erkən səsvermə yanvarın 17-23-də keçirilib və seçicilərin 44,7 %-i iştirak edib.
Seçkinin nəticələri günün sonuna kimi bəlli olacaq. Namizədlərdən biri qalib gələrsə, fevralın 1-də yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, ən yüksək nəticə göstərən iki namizəd fevralın 11-də keçiriləcək ikinci tura keçəcək.
Finlandiyada prezident altı il müddətinə seçilir.