1 C
Baku
Saturday, December 14, 2024

Çin borca görə ölkənin ən böyük daşınmaz əmlak şirkətini ləğv edir

Honkonq məhkəməsi 300 milyard dollardan çox borcu olan nəhəng “China Evergrande Group” şirkətinin ləğvi barədə qərar qəbul edib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən birini ləğv etmək qərarı onun müflis olması ilə bağlıdır. Hakim Linda Çen qeyd edib ki, “Evergrande” rəhbərliyi borcunu restrukturizasiya etmək üçün konkret plan hazırlaya bilməyib.

“Evergrande Group” – Çinin ən böyük daşınmaz əmlak şirkətidir. Şirkət 1996-cı ildə yaradılıb və layihələri üçün borc götürüb. Nəticədə 2021-ci ilin sonunda müflis elan edilib, öhdəliklərinin məbləği 300 milyard dolları keçib. Şirkətin səhmləri 2023-cü ildə 60%-dən çox ucuzlaşıb.

27 sentyabr 2023-cü ildə “Evergrande Group”un sahibi, çinli milyarder Hui Ka Yang polis tərəfindən saxlanılıb.

“Evergrande” işi Çin iqtisadiyyatına zərbə vurub və ölkənin daşınmaz əmlak bazarına inamı sarsıdıb. Ölkədə mənzil qiymətləri ucuzlaşmaqda davam edir.

Mütəxəssislər hesab edirlər ki, daşınmaz əmlak şirkətinin ləğv edilməsi “Çinin əmlak balonunun partlamasını təmin etmək üçün istənilən addımı atmağa hazır olduğuna işarədir”.

Son xəbərlər
Digər xəbərlər