Almaniyada fevralın birindən 4 günlük iş həftəsinə keçid üzrə pilot layihə işə salınacaq.
Bu barədə xarici KİV-ə istinadən xəbər verilir.
Qeyd olunub ki, pilot layihədə 45 şirkət iştirak edir. Layihədə iştirak edən şirkətlərin əməkdaşları həftənin 4 günü çalışacaq, lakin 5 günlük iş həftəsində olduğu kimi əmək haqqı alacaqlar.
Layihənin məqsədi iş müddəti azalanda əməkdaşların iş qabiliyyətinin artıb-artmayacağını araşdırmaqdan ibarətdir. Belə ki, pandemiyadan sonra bir çox əməkdaşlar ofisə gələrək yorucu iş həftəsində çalışmaqdan imtina edib və ya bunun üçün əmək haqqının qaldırılmasını tələb edib.