Rusiyalı iş adamının sanksiyalar nəticəsində ələ keçirilən aktivləri ilk dəfə Ukrayna büdcəsinə daxil olub.
Bu barədə Ukraynanın Dövlət Əmlak Fondunda bildirilib.
Qeyd olunub ki, ilk dəfə sanksiyalar nəticəsində ələ keçirilən 850 min dollar Ukrayna büdcəsinə daxil olub.
Köçürülən məbləğə Rusiyanın Xerson qubernatoru elan etdiyi Vladimir Saldonun əmanətləri və Oleq Deripaskaya məxsus şirkətlərdən birinin vəsaitinin daxil olduğu açıqlanıb.