11 C
Baku
Monday, November 25, 2024

Avropa yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketi məsələsini müzakirə etməyə başlayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, paketin müzakirəsi şənbə günü başlayacaq.

Layihə hazır olduqdan sonra Avropa Komissiyası blokun üzvlərini onu təsdiqləməyə dəvət edəcək.

Yeni paket Rusiyaya mövcud sanksiyalardan yan keçməyə imkan verən boşluqları aradan qaldırmaq, xüsusən də döyüş meydanında istifadə oluna bilən malların tədarükü üçün nəzərdə tutulub.

Agentliyin mənbələrindən birinin sözlərinə görə, yeni sektorlara dasanksiyalar tətbiq oluna bilər.

Polşa və Baltikyanı ölkələr Rusiyadan alüminium və maye təbii qazın tədarükünü qadağan etməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər