Naxçıvan Muxtar Respublikanın Səhiyyə Nazirliyinin tabeliyindəki təcili tibbi yardım xidmətinin rəhbərliyinə təyinat olub.
Xidmətin rəisi vəzifəsinin icrası Tural Ələkbərova həvalə edilib.
O, bundan əvvəl hazırda ləğv prosesində olan “Naxçıvan Sığorta” ASC-nin İdarə Heyətinin sədri olub. Şirkətdən faktı təsdiq ediblər.
Xatırladaq ki, ötən ilin noyabr ayında Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında təcili tibbi yardım xidməti yaradılıb.