Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin ATƏT-dən çıxması məsələsinin hələ müzakirə olunmadığını, lakin “havada asılı olduğunu” bildirib.
Bu barədə Lavrov Dövlət Dumasında hökumət saatında çıxışında deyib.
“ATƏT-dən çıxmağa gəlincə, bu məsələ hələ müzakirə olunmayıb, amma havada asılı qalıb. Müttəfiqlərimiz bizi izləyəcəklərmi? Bu başqa sualdır. Burada onların mövqeyi tam nəzərə alınmalıdır”, – deyə Rusiya XİN başçısı qeyd edib.