Səhiyyə, logistika, aqrar və turizm bizneslərinə sahib holdinq rebrendinq edir

Azərbaycanda “Baku Medical Plaza”, “Bine Agro”, “Connect”, Sara Group kimi şirkətlər şəbəkəsinə malik olan “Sara Invest” MMC holdinqi rebrendinq edib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, holdinq bundan sonra yeni adı ilə – “AZERA Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyətini davam etdirəcək.

Holdinq yeni adını bazarda 2024-cü ilin fevralından rəsmiləşdirib.

Bundan öncə şirkətin rəhbəri dəyişdirilmişdi. Şirkətə yeni dövr üçün Səbuhi Süleymanov rəhbərlik edəcək. Ətraflı.

2006-ci ildə təsis olunmuş SARA İNVEST Azərbaycanın holdinqlərindən biridir. SARA İNVEST bir-birindən asılı olmayan, əsasən, Azərbaycan və MDB bazarlarında fəaliyyət göstərən şirkətlər qrupudur. Əməkdaşlarının ümumi sayı 10000-dən yuxarıdır.

Şirkətin strukturuna daxildir:

  • Kənd təsərrüfatı üzrə – “KRAUN KO-R” MMC, “AGRO-LAND-AZ” QSC, “BİNƏ AQRO” QSC, “SARA GROUP” QSC, “Toxumçuluq və Tingçilik” MMC, “VETART” MMC, və “Agro Bitki Klinikası” MMC.
  • Səhiyyə – “Baku Medical Plaza”, “İnternational Medical Centre 2”.
  • Xidmət sahələri – “Konnekt” QSC (Connect), “Sara Logistics” MMC, “TORNADO-Ş” QSC, “Sabina Beauty”.
  • İaşə – “Hill”, “Nanə Restoran”, “Ədalət Restoran”, “Yanar Dönər”.
  • Qida – “Simerax Group” MMC, OFA.
  • Qeyri-qida – Gülüstan Tekstil
  • Hotel – “Caspian Business Hotel”

Qeyd edək ki, “Sara Group” QSC bu şirkətin strukturundadır, onun 100% təsisçisi Əmirov Zahid Vahid oğludur.

Son xəbərlər
Digər xəbərlər