19 C
Baku
Friday, October 4, 2024

Xəlilov ISR şirkətlərinin birindəki rəhbər vəzifəsindən ayrılıb – yeni təyinat

İş adamı İskəndər Xəlilovun Bakı şəhərinin mərkəzi küçəsində yerləşən “ISR Plaza”sının direktoru dəyişib. Qardaşı oğlu R.Xəlilov icraçı direktor vəzifəsindən ayrılıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, plazaya bundan sonra Fidan Həsənova Tarıverdi qızı rəhbərlik edəcək.

O bu vəzifədə Plaza və ümumilikdə holdinqdə yüksək vəzifədə çalışmış Rəşad Cavanşir oğlu Xəlilovu əvəz edib. R.Xəlilov Cavanşir Xəlilovun oğludur, hansı ki, o, Bakı Əyləncə Mərkəzinin sahibi, həmçinin Azərbaycanlı milyarder olan İsgəndər Xəlilovun qardaşıdır.

R.Xəlilov 2023-cü ilin iyununda yaradılımış “R Group Holding” MMC-nin İdarə Heyətinin üzvü və “Iodico” MMC-də (əvvəlki: “Azər-Yod”) vəzifəsində işini davam etdirir.

Yeni rəhbər Fidan Həsənova isə 2000-ci illərdən holdinqin heyətinə qatılıb. O, 2020-ci ildən direktor müavini kimi çalışırdı.

Qeyd edək ki, “İSR Azeri Apart and Business Centre” MMC (ISR Plaza) Bakı Şəhəri Nizami küçəsi ev 69-da yerləşir. Onun nizamnamə kapitalı 11.76 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər