13 C
Baku
Friday, May 10, 2024

“Azərişıq” elektrik enerjisinin itkiləri səviyyəsini 1.6% azaldıb

Ötən ilin nəticələrinə görə “Azərişıq” QSC elektrik enerji üzrə elektrik enerjisinin itkiləri səviyyəsi 8.6% təşkil edib.

Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu göstəricinin azaldılması üçün müvafiq işlər, layihələr həyata keçirilir, yeni texnologiyalar tətbiq olunur. Növbəti illərdə itkilərin daha da azaldılması istiqamətində işlər davam etdiriləcək”, – Araz Məmmədov qeyd edib.

Onun sözlərinə görə, “Azərişıq” yarananda (2015-ci il) elektrik enerjisinin itkiləri 10.2% səviyyəsində idi. Belə ki, 2015-2023-cü illər ərzində qeyd olunan göstərici 1.6 faiz bəndi azalıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər