Bir çox qadınlar analı məzuniyyətindən sonra yenidən ənənəvi iş mühitinə geri dönməli və iş axtarmalı olur. Analıq məzuniyyətindən sonra iş axtarılması məsələsi xüsusəndə son yüzillikdə aktual hala gəlib. Qadın müstəqillik əldə etmiş, kişilərlə arzuladıqları bərabər hüquqluğa nail olmuşlar. Lakin qadın təbiəti bütün bunlarla kifayətlənmir və daha üst səviyyədə olan mstəqilliyə can atır, ailə ilə birlikdə karyeranı da davam etdirməyə can atır. Bu müsbət haldır. Çünki hazır ki maliyyə böhranı şərtlərində ailənin bütün maliyyə yükünü yalnızca kişilərin çiyninə qoymaq düzgün deyil.
Bu səbəbdən də, qadınlar analıq məzuniyyətinin müddəti bitər-bitməz iş axtarmağa başlayırlar. Burada əsas olan arzudur. Yeni iş yerinin axtarılması zamanı uğur birmənalı olaraq qadının özünü təkmilləşdirmə prosesinə davam etmək və pul yığmaq istəməsi ilə bağlıdır. Ambisiyalı qadının qarşısında isə heç bir maneə dayana bilməz!
Bu zaman qadınların öz üstün cəhətləri barəsində düşünməsi mütləqdir. Hər bir gənc ana özünün nə dərəcədə yaxşı mütəxəssis olduğu faktını unutmamalıdır. Peşəkarlığınızın az bir hissəsini itirmiş olduğunuz faktı sizi narahat etməsin. Keçmiş biliklər çox tez bərpa olunur. Bundan əlavə, siz bir çox vəzifələr üçün arzuolunan namizədsiniz. Çünki hənc ana – yalnızca ailə qurulmasında deyil, həmçinin professional fəaliyyətdə də uğur qazanmağa can atan özünü təkmilləşdirmiş şəxsiyyətdir.