13 C
Baku
Friday, November 22, 2024

Britaniya SEPAH-ın bir sıra xüsusi təyinatlı bölmələrinə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) daxil olan bir sıra Qüds Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə RİA Novosti Britaniya hökumətinin saytına istinadən məlumat yayıb .

Sanksiyalara 190, 340 və 6000 saylı Qüds qüvvələri daxildir. Britaniya hakimiyyətinin fikrincə, məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas “İran hökumətinin dəstəklədiyi silahlı qrupun düşmənçilik fəaliyyətində iştirak etmək” olub”

Sənəddə qeyd edildiyi kimi, 340 və 6000-ci bölmələr də Qırmızı dənizdə gəmilərə hücumların hazırlanması və ya təşkilinə dəstək olub. Eyni zamanda, Qırmızı dənizdə gəmilərə hücumların təşkilində əli olduğu iddia edilən “Əl-Qüds” qüvvələri komandirinin müavini Məhəmməd Rza Fəllahzadə və Yəmən vətəndaşı Səid Əl-Camala qarşı sanksiyalar tətbiq edilib.Yenilənmiş sanksiyalar siyahısına Yəmənin şimalında hakim Ənsar Allah hərəkatının (husilər) təhlükəsizlik məsələləri üzrə naziri Əli Hüseyn Bədr Əl Din Əl Husi də daxil edilib.

Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən Yəmənin şimalında hakim Ənsar Allah (Husi) hərəkatı daha əvvəl İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum etmək niyyəti barədə xəbərdarlıq etmiş, digər ölkələri ekipajlarını onlardan geri çağırmağa və onlara yaxınlaşmamağa çağırmışdı. Bir sıra gəmiçilik şirkətləri Qırmızı dəniz vasitəsilə daşımaları dayandırmaq qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər