13 C
Baku
Friday, November 22, 2024

Əhalinin investisiya kimi manatda depozitə marağı yüksəlir

Azərbaycanda manat depozit kimi investisiya cəlbediciliyini gücləndirməkdədir.

Belə ki, banklarda fiziki şəxslərin depozitləri kəskin artaraq 12.83 milyard manatı keçib.

Banker.az bu barədə Mərkəzi Bankın 1 fevral 2024-cü il tarixinə təqdim etdiyi statistik bülletenə istinadən xəbər verir.

Banklardakı fiziki şəxslərin depozitlərinin həcmi yanvar ayında 1.98%, son bir ildə 9.8% artım nümayiş etdirib.

Artımın əsas səbəbi müddətli depozitlərdir. Müddətli – banklarda müqavilə əsasında müştəriyə faiz gəliri təklif edən depozit növüdür. Bu depozitlərin həcmi təkcə yanvar ayında 231.16 mln. manat və ya 3.36% artaraq 7 mlrd. 113.2 mln. manata yüksəlib.

Ölkədə 2023-cü ilin fevralından etibarən depozit faizlərinə 10%-lik vergi güzəşti ləğv edilmişdi ki, bu da depozitlərin gəlirliliyinə ikirəqəmli inflyasiya şəraitində təsir etməkdə idi. Cari ildən isə inflyasiyanın tənzimləyicisinin hədəf çərçivəsinə düşməsi və əlavə olaraq hökumətin milli valyutadakı depozitlərdə fiziki şəxslər üçün güzəşt tətbiq etməsi depozitləri investisiya baxımından cəlbedici edir. Belə ki, yanvarda illik inflyasiya 1.7%-ə qədər düşüb. Vergi Məcəlləsindəki yeni dəyişiklikdən sonra manatda olan depozitlərin aylıq 200 manata qədər olan faiz gəliri vergidən azad edilir.

Digər tərəfdən isə banklar müddətli depozitlər üzrə gəlirlilik təklifini öncəki illərlə müqayisədə, demək olar ki, dəyişməz saxladılar. Ölkənin 15 bankı fiziki şəxslər üçün manat depozitləri üzrə gəlirliliyi 9-10.5 faiz aralığında saxlayıblar.

Bununla belə, qeyd edilən vergi güzəştinin tətbiq edilmədiyi xarici valyutada olan müddətli depozitlərdə də artım yüksəlməkdədir. Məsələn, son bir ayda xarici valyutada müddətli depozitlərin həcmi son bir ayda 5 faizdən çox artaraq 2 mlrd. 482.5 mln. manat ekvivalenti olub.

Tələbli depozitlərin həcmi son bir ayda 0.31%, son bir ildə isə 4.1% artımla 5 mlrd. 718 mln. manatı keçib.

4567890

Son xəbərlər
Digər xəbərlər