1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanlı investor Rusiyada sanatoriyaların tikintisinə 165 mln. manat xərcləyəcək

Azərbaycan şirkəti Jeleznovodsk şəhərinin xüsusi iqtisadi zonasında üç sanatoriyanın tikintisinə 9 mlrd. rubla (165,6 mln. manat) yaxın sərmayə qoymağı planlaşdırır.

Bunu kurortun rəhbəri Yevgeniy Bakulin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində deyib.

“İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstəriblər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard təşkil edəcək”, – Yevgeniy Bakulin qeyd edib.

Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnəsinə görə, 1 Rusiya rublu 0,0184 manata bərabərdir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər