14 C
Baku
Sunday, November 24, 2024

Sabahdan “Xaricdə təhsil üzrə Dövlət Proqramı”na sənəd qəbuluna başlanılır

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna 1 mart 2024-cü il tarixindən başlanacaq. Sənəd qəbulu üzrə son müraciət tarixi 15 iyun 2024-cü ildir”.

Bunu brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, 13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq olunub. Siyahı dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas sahəsi üzrə ümumilikdə 4 minədək təhsil proqramını əhatə edir.

Emin Əmrullayev qeyd edib ki, müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlər universitetlər üzrə “Top10”-da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə müraciət edə biləcəklər. “Bundan başqa namizədlərin bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət ixtisasları üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi də nəzərdə tutulub”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, bugünədək “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın 21 ölkəsi üzrə 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər