Rusiyanın “S7” aviaşirkəti martın 7-dən ölkənin Novosibirsk şəhərindən Bakıya uçuşları bərpa edib.
Bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, uçuşlar hələ ki, həftədə bir dəfə – cümə axşamı günləri həyata keçirilir. Aprelin 3-dən isə aviareyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.