11 C
Baku
Monday, November 25, 2024

İki sahibkara Yevlax Pilot Aqroparkda rezident statusu verildi

Yevlax Pilot Aqroparkda “Yard Agro” MMC və fərdi sahibkar Vüqar Novruzova rezident statusu verilib.

Bu barədə Banker.az iqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

“Rezidentlər tərəfindən 57.7 hektar sahədə #investisiya həcmi 781 min manat olan intensiv meyvə bağları salınacaq, 16 nəfər daimi, 125 nəfər isə mövsümi işlə təmin ediləcək”- deyə, nazir bildirir.

“Yard Agro” MMC 2023-cü ilin sentyabrında yaradılıb, 10 manat nizamnamə kapitalı var, şirkətin qanuni təmsilçisi Leyla Hüseynova İlqar qızıdır.

Son xəbərlər
Digər xəbərlər