Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”nin 5.4-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”nin 5.4-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2024-cü il