9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın qeyri-neft ixracı niyə düşür?

2024-cü ilin yanvar ayında Azərbaycanın qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22 faiz, real ifadədə 30 faiz azalaraq 222 milyon dollar olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bununla bağlı açıqlama yayıb.

Qeyri neft-qaz ixracatındakı aylıq azalma daha çox mövsümi faktorlar ilə bağlı olsa da, digər iqtisadi səbəblər də dövriyyəyə təsirsiz ötüşməyib. Belə ki, 2022 və 2023-cü illərdə qeyri neft-qaz ixracatının dəyərinə regiondakı inflyasiya səviyyəsi də təsir göstərirdi. İxrac bazarlarımızdakı yüksək inflyasiya məhsulların dəyərini həcm ilə müqayisədə  daha çox artırırdı. Bununla bağlı açıqlama verən deputat Vüqar Bayramov məsələni şərh edib.

“2023-cü ilin payız aylarından başlayaraq isə qlobal və regional inflyasiya səviyyəsində azalmalar müşahidə olundu ki, bu da ümumi ixracın dəyərinə təsir göstərdi”, – deyə o bildirib.

Digər tərəfdən, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Belə ki, qeyri neft-qaz məhsulları ixracatının 55.4 faizi iki ölkənin payına düşüb. Neftsiz ixracatın 34 faizi Rusiya, 21.4 faizi isə Türkiyəyə yönəlib.

“Bunlarla yanaşı, kənd təsərrüfatı mövsümünün başlanmasının yenidən Azərbaycanın qeyri-neft ixracatını artıracağı istisna deyil. Bütün hallarda qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”, – deyə Bayramov bildirir.

Son xəbərlər
Digər xəbərlər