15 C
Baku
Thursday, May 9, 2024

Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq

Bugünkü qərardan sonra Avropa Sülh Mexanizminin maliyyə tavanı 2021-2027-ci illər üçün 17 milyard avrodan çox olacaq.

Bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, bu gün Şura Avropa Sülh Mexanizminin (EPF) maliyyə tavanını cari qiymətlərlə 5 milyard avro artırmaq qərarına gəlib.

Məsələyə münasibət bildirən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell qeyd edib ki, Aİ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir:

“Ukraynaya Yardım Fondu bizim sözlərimizi hərəkətə çevirir. Fondla biz Ukraynanı Rusiyanın müharibəsindən müdafiə etmək üçün nə qədər lazımdırsa, onu dəstəkləməyə davam edəcəyik”.

Məlumatda o da vurğulanıb ki, yeni yaradılmış Ukraynaya Yardım Fondu Aİ-yə həm öldürücü, həm də öldürücü olmayan hərbi texnika və təlimlər vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin inkişaf edən ehtiyaclarını daha da dəstəkləməyə imkan verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər