12 C
Baku
Monday, November 25, 2024

Avropa İttifaqı Ukraynanın kənd təsərrüfatı məhsullarına kvota tətbiq edib

Gərgin müzakirələrdən sonra Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri və Avropa Parlamenti Ukraynadan idxal olunan kənd təsərrüfatı məhsullarına kvota tətbiqinə dair razılığa gəliblər.

Yumurta, quş əti, yulaf, qarğıdalı və bala kvota tətbiqi barədə razılıq əldə olunub. Lakin taxıl və arpaya limit tətbiq edilməyib.

Yeni kvotanın yaxın 21 gündə müəyyən edilməsi qərara alınıb. Qərarın qüvvəyə minməsi tarixi iyunun 1-nə müəyyən edilib. Kvotadan artıq idxal ediləcək kənd təsərrüfatı məhsullarına isə ümumi qaydada gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edək ki, son aylarda Avropada kütləvi aksiyalar keçirən fermerlərin başlıca tələbi Ukraynanın kənd təsərrüfatı məhsullarına güzəştin ləğv edilməsidir.

Son xəbərlər
Digər xəbərlər