Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında iclasın keçirilməsi ilə bağlı qərar var, lakin görüşün tarixi və yeri hələ müəyyən edilməyib, onları işçi qaydada razılaşdırmaq lazımdır.
Bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan “Factor.am”a açıqlamasında deyib.
Xatırladaq ki, Antalyada keçirilən forumda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç növbəti görüşün İrəvanda keçirilməsini təklif etmişdi.