Amerikalı Uolter Kavananın adı dünyada ən çox aktiv kredit kartının sahibi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Rekordlar Kitabı Uolter Kavananı “Plastik Fantastik Cənab” adlandırıb.
Banker.azın psm7.com saytına istinadla xəbər verir ki, U.Kavana indiyədək 1497 aktiv kredit kartlarından ibarət kolleksiya toplayıb. Kartlardakı kreditin məbləği 1,7 milyon dollar təşkil edir.
Uolterin adı, həmçinin çəkisi 17 kiloqram olan dünyada ən böyük pul kisəsinin sahibi kimi Rekordlar Kitabına düşüb. Pul kisəsinə 800 kart yerləşir. Kavana pullarını ayrı-ayrı bank seyflərində saxlamağa üstünlük verir. Rekordçunun pul kisəsində aviaşirkətlərin, Texasda yanacaqdoldurma məntəqəsinin, bar və dondurma mağazalarının kredit kartları var. Kartda ən aşağı kredit limiti 50 dollardır.
Azertag