5 C
Baku
Saturday, December 14, 2024

Belarusda erməni konyakı qadağan edildi

Belarusun baş dövlət sanitar həkimi Ararat brendi fabrikinin məhsullarına qadağa qoyub.

Bu barədə sanitar stansiyanın mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Respublikasının “Ararat brendi fabriki” MMC tərəfindən istehsal olunan qida məhsullarının Belarus Respublikasının ərazisinə gətirilməsi, satışı, saxlanması, daşınması, istifadəsi müəyyən edilmiş qaydalara uyğun olmayan qida məhsullarının müəyyən edilməsi – məhsullarda boyaların aşkarlanması ilə əlaqədar qadağandır” – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, zavodun məhsulları ticarətdən çıxarılaraq utilizasiya edilməlidir.

Son xəbərlər
Digər xəbərlər