13 C
Baku
Saturday, November 23, 2024

Vuçiç: Serbiya böyük təzyiq altındadır

“Serbiya və onun xalqı daim böyük təzyiq altındadır”.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciəti zamanı deyib.

Onun sözlərinə görə, buna səbəb ölkənin hərbi neytrallığı və Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsidir:

“Söhbət Serbiyaya və onun xalqına ümumi təzyiqdən gedir. Söhbət ölkənin hərbi neytrallıq mövqeyi və Rusiyaya qarşı sanksiyalara qoşulmamasından gedir. Qərb ölkələri Rusiya ordusunun uğurları və Ukraynadakı münaqişənin nəticəsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən böyük təzyiq altındadır”.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç xəbərdarlıq edib ki, ölkəsi tezliklə milli maraqları üçün təhlükə ilə üzləşəcək.

Son xəbərlər
Digər xəbərlər