Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Avropanın nüvə enerjisi sektoruna sərmayə yatırmaqda maraqlıdır.
Reuters agentliyinin yaydığı məlumata görə, BƏƏ-nin dövlətə məxsus nüvə enerjisi şirkəti ENEC Avropanın elektrik stansiyalarının sərmayəçisi ola bilər. Bu barədə Avropa İttifaqı ölkələri və Böyük Britaniya ilə müzakirələr aparılır.
Qeyd edək ki, çinli sərmayəçilər Avropanın böyük nüvə layihəsindən geri çəkildikdən sonra orada investor axtarışları davam edir.