Azərbaycanın pivə şirkəti mənfəətini bölüşdürəcək

“Gəncə-Pivə” Açıq Tipli Səhmdar Cəmiyyəti 29 iyun 2024-ci ci il tarixində saat 12-00 də Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46 ünvanında 2023-cü maliyyə ilinin yekunları üzrə səhmdarların növbəti Ümumi Yığıncağını kecirilməsi elan edir.

Banker.az xəbər verir ki, “Gəncə-Pivə” ATSC-nin 2023-cü ili yekunlaşdıran ümumi yığıncağının gündəliyinə daxıl olunan məsələlər aşağıdakılardır:

1.”Gəncə-Pivə” ATSC-nin idarə heyətinin 2023-cü maliyyə ilinin yekunları barədə hesabatına, balans, mənfəət və zərər hesablarına baxılması;

2.”Gəncə-Pivə” ATSC-nin müşahidə şurası, idarə heyətinin və maliyyə-təftiş komissiyasının üzvlərinin təsdiq edilməsi;

3.”Gəncə-Pivə” ATSC-nin mənfəət və ya zərərinin bölüşdürülməsi məsələsinə baxılması

. 4. Digər məsələlər.

Ümumi yığıncaq “Gəncə-Pivə” ATSC-nin Nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada keciriləcəkdir.

Ümumi yığıncağın gündəliyinə çıxarılmış məsələlərlə bağlı müvafiq sənədlər hər səhmdara onun səhmdarların reyestrində göstərilmiş ünvanına göndəriləcəkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər