11 C
Baku
Monday, November 18, 2024

Finlandiya Rusiya ilə sərhədin qeyri-müəyyən müddətədək bağlı qalmasına qərar verib

Finlandiya hökuməti Rusiya ilə sərhədlərin qeyri-müəyyən müddətədək bağlı qalmasına qərar verib.

Banker.az zəbər verir ki, bu barədə qərarın mətni hökumətin saytında yerləşdirilib.

Eyni zamanda, ölkənin su sərhədləri də Rusiyaya aid gəmilər üçün qapadılıb.

Qərarda bu addım mövsüm dəyişikliyi ilə əlaqədar miqrant axınının çoxala biləcəyi ilə əsaslandırılıb.

O da bildirilir ki, hökumətin bu addımı uzunmüdətli perspektiv üçün nəzərdə tutulub.

Ölkənin daxili işlər naziri Mari Rantanen vəziyyətlə bağlı danışarkən bildirib ki, rəsmi Moskva Finlandiya ərazisində təxribatlar törədilməsi məqsədilə sərhədə minlərlə yerli sakin toplayıb: “Miqrasiya bir dövlətin digərinə müxtəlif təzyiq vasitələrindən biridir. Bununla həmin ölkə Finlandiyada təhlükəsizlik və sosial-iqtisadi vəziyyətə təsir göstərmək istəyir. Hazırda hökumət bu vəziyyətdən çıxış yollarını axtarır”.

Qeyd edək ki, bu məqsədlə Nazirlər Kabineti ölkə ərazisində sığınacaq alınması şərtlərinə dəyişiklik layihəsi üzərində işləri yekunlaşdırıb. Sənədə daxil olan təkliflərdən biri sərhədyanı ölkələrdə silahlı münaqişə yarandıqda onlardan insan axınına əngəl törədəcək çevik və etibarlı mexanizmin hazırlanmasıdır.

Layihənin yaxın vaxtlarda parlamentə təqdim ediləcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər