2024-cü il mayın 23-də saat 12-də “Xəzər-Lada” açıq səhmdar cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanda cəmiyyətin inzibati binasının konfrans zalında olacaq.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. İllik hesabat;
2. Təftiş komissiyasının illik aktının müzakirəsi;
3. İdarə Heyətinin yeni tərkibinin seçilməsi;
4. Müşahidə Şurasının yeni tərkibinin seçilməsi;
5. Təftiş komissiyasının yeni tərkibinin seçilməsi;
6. Dividend və mükafatların verilməsi;
7. Kənar auditorun təsdiq edilməsi.
Səhmdarlar yığıncağın gündəliyi və materialı ilə cəmiyyətin mühasıbatlığında tanış ola bilərlər.