“Nobel Energy”nin Azərbaycandakı törəmə tikinti şirkəti “PROKON” MMC-nin baş direktoru dəyişib.
Banker.az-ən əldə etdiyi məlumata əsasən, səhmdarların qərarı ilə Məmmədağa Mehdiyev Raqif oğlu şirkətə baş direktor təyin edilib. Qeyd edilən vəzifə indiyə qədər vakant idi.
“PROKON” 2022-ci ildə 101.15 mln. manat gəlirə qarşı 331 min manat xalis mənfəət əldə etmişdi.
Xatırladaq ki, “PROKON” MMC 2012-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalında 95 faizi Böyük Britaniyada qeydiyyatda olan “Nobel Energy Limited” və 5 faizi isə “Nobel Oil Investment Ltd”yə məxsudur. Hər iki şirkət “NEQSOL Holdinq”in strukturunda fəaliyyət göstərir.