İrlandiyanın strateji investisiya fondu İsrail banklarının səhmlərindən imtina edəcək.
Bu barədə İrlandiyanın Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
Söhbət təxminən beş İsrail bankının (“Apoalim”, “Leumi”, “Diskont”, “Mizrahi-Tfahot” və “Birinci Beynəlxalq Bank”), eləcə də “Rami Levi” supermarketlər şəbəkəsinin 3 milyon avro dəyərində səhmlərinin satılmasından gedir.
İrlandiyanın strateji investisiya fondunun ümumi vəsaiti 15 milyard avro təşkil edir.