12 C
Baku
Monday, November 25, 2024

“Samsung” qlobal smartfon bazarında liderliyini bərpa edib

“Counterpoint Research” tədqiqat şirkətinin son məlumatlarına görə, “Samsung” smartfon bazarında öz üstünlüyünü bərpa edib və ən böyük cihaz təchizatçısına çevrilib. Bu nailiyyətdə flaqman Galaxy S24 seriyasının Avropa və ABŞ-da uğurla təqdim edilməsi mühüm rol oynayıb.

Hesabata görə, “Samsung” fevral ayında 19.69 milyon cihaz satıb ki, bu da smartfonların ümumi sayının 20%-ni təşkil edir. Bu, şirkətə 12 il əvvəl tutduğu lider bazar mövqeyini bərpa etməyə imkan verib. Bu rəqəmin 6.53 milyonu Galaxy S24 modellərinin payına düşüb. Eyni zamanda, “Apple” 17.41 milyon cihaz tədarük edib ki, bu da ümumi həcmin 18%-ni təşkil edir.

Xüsusilə vacib olan odur ki, “Samsung” Avropa bazarında ən böyük smartfon tədarükçüsünə çevrilib və burada payı 34% təşkil edib. “Apple”ın ənənəvi olaraq üstünlük təşkil etdiyi ABŞ-də “Samsung” bu ilin yanvarında öz payını 20%-dən 36%-ə yüksəldə bilib.

Smartfon sənayesində birinci yerə qayıtmaqla, “Samsung” öz gücünü və rəqabət qabiliyyətini nümayiş etdirməyə davam edir.

Son xəbərlər
Digər xəbərlər