15 C
Baku
Sunday, November 24, 2024

Hesablama Palatası “Azərbaycan İnvestisiya Şirkəti”nin fəaliyyətində nöqsanlar aşkarlayıb

Hesablama Palatası “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin fəaliyyətində bəzi nöqsanlar aşkarlayıb.

Bu barədə Hesablama Palatasının ASC-nin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilmısi üzrə keçirdiyi auditin nəticələrində qeyd edilib.

Palata bildirib ki, auditlə əhatə olunan dövrdə “Azərbaycan İnvestisiya Şirkəti”nin (AİŞ) gəlirlilik göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə artması və likvid vəsaitlərin idarəolunması istiqamətində pozitiv dəyişikliklər fonunda, əvvəlki illərdə investisiya yönəldilmiş portfel şirkətlərin maliyyə vəziyyəti əsasən qənaətbəxş olmayıb. Bəzi layihələrin AİŞ-in maliyyə hesabatlarında əks olunan ədalətli dəyəri həmin layihələrin nominal dəyərindən aşağı olub. Səhm və pay qoyuluşu portfelindəki yalnız 1 müəssisə tərəfindən AlŞ-ə dividend ödənilib.

Həmçinin, portfel şirkətlərin satışından gəlirlər həmin gəlirlərin əldə edilməsi üçün çəkilən xərclərdən dəfələrlə az olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər