Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün “AYNA” informasiya sistemində “E-taksi” alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən, bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.