Yeni süni intellekt (AI) modellərinin imkanları 2025-ci ilin sonuna qədər insan şüurunu üstələyəcək, bunu dünyanın üçüncü ən zəngin milyarderi İlon Mask (“Forbes Real-Time”a görə onun sərvəi 193.8 milyard dollardır) deyib.
“Mənim təxminlərim budur ki, gələn ilin sonunda süni intellekt ən ğıllı insandan da ağıllı olacaq”, – iş adamı söyləyib.
Mask qeyd edib ki, qarşıdakı beş il ərzində insan səviyyəsində zehni işi yerinə yetirməyə qadir olan süni ümumi intellektin (AGI) imkanları bütün insanların imkanlarını üstələyəcək. Onun sözlərinə görə, indi süni intellekt modellərinin inkişafına qabaqcıl çiplərin çatışmazlığı mane olur.
“Financial Times” yazır ki, Maskın süni intellekt yarışına qoşulmaq istəyi 2023-cü ilin martında tutduğu yüksək profilli mövqe ilə ziddiyyət təşkil edir. Onda milyarder və 1000-dən çox süni intellekt mütəxəssisi və sənaye lideri yaradılan super güclü alətlərin “cəmiyyət və bəşəriyyət üçün ciddi risklər” barədə xəbərdarlıq etmişdi.