“Telegram” yeni funksiyanı işə salıb. Artıq bu messencerdə də stiker düzəltmək mümkündür. Bunun üçün mesaj bölməsində “stiker”, sonra isə “+” işarəsi üzərinə klikləmək lazımdır.
Növbəti mərhələdə stikerə çevirmək istədiyiniz şəkli seçməlisiniz. Siz onu kəsə, fonunu silə, üzərinə yazı və ya emoji əlavə edə, hətta GIF-ə çevirə bilərsiniz. Şəkildən düzəltdiyiniz stikerə həmçinin ağ kontur əlavə etmək mümkündür.
İstifadəçilər həmçinin kolleksiyalarına mövcud stikerlərdən hər hansı birini əlavə edə bilərlər.