3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda hidrogen istehsalı üzrə strategiya hazırlanır

Azərbaycanda hidrogen istehsalı üzrə strategiya hazırlanır.

Bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Avropa İnkişaf və Yenidənqurma Bankı (EBRD) tərəfindən təqdim edilən sənədə əsasən, Azərbaycanda istehsal ediləcək “yaşıl hidrogen” Avropada rəqabətqabiliyyətli olacaq.

“Hidrogen istehsalı bütün dünyada erkən mərhələdədir. Hidrogen tələb problemidir. Azərbaycanda da bununla bağlı ilkin addımlar atılır. İlkin arayışlar Azərbaycanın bu sahədə ciddi imkanlarının mövcudluğunu göstərir. Bu istiqamətdə EBRD-nin arayışı əsasında yeni məsləhətçi şirkətlərlə işə başlayacağıq”, – E. Soltanov bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər