14 C
Baku
Sunday, November 24, 2024

DSMF “Kapital Bank” və “ABB”dən 43.2 milyon manatlıq ödəniş kartları aldı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriyalı şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması məqsədilə 28.11.2023-cü il tarixdə elan edilmiş açıq tenderdə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmiş, qiymətləndirmə nəticəsində “Kapital Bank” ASC qalib müəyyən edilib.

Banker.az xəbər verir ki, “Kapital Bank” ASC ilə bağlanmış müqavilənin məbləği 22 870 794.28 AZN təşkil edir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin, birdəfəlik müavinətlərin və digər struktur bölmələrində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması məqsədilə 28.11.2023-cü il tarixdə elan edilmiş açıq tenderdə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmiş, qiymətləndirmə nəticəsində “ABB” ASC qalib müəyyən edilib.

Qalib təşkilat “ABB” ilə satınalma müqaviləsinin dəyəri isə 20 332 238.82 AZN-dir.

Son xəbərlər
Digər xəbərlər