Banker.azın dünən verdiyi məlumata görə, Neft fondu bazara dollar satışını bərpa edib. Bu bankların bəzilərində likvid dollar vəsaitinin yaranmasına səbəb olmuşdur.
Artıq bu gündən etibarən bəzi banklar dollar satışını bərpa ediblər. Lakin banklar maksimal olaraq 400-500$ satışı həyata keçirirlər.
Bir neçə gün əvvəl dollar satışı saxlanıldıqdan, bu əməliyyatı etmək istəyən əhali çıxılmaz vəziyyətdə qalıb və bu gün bankların qarşısında uzun növbələr yaranıb.