14 C
Baku
Saturday, November 23, 2024

İngiltərədə inflyasiya 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə enib

Böyük Britaniyanın istehlak qiymətləri mart ayında illik müqayisədə 3.2% artıb, ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.

“Bloomberg” və “Trading Economics” tərəfindən istinad edilən konsensus analitiklərinin proqnozları bu rəqəmin 3.1% olacağını göstərirdi.

Böyük Britaniyada mart ayında inflyasiya 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyədə olub və fevral ayı ilə müqayisədə (3.4%) zəifləyib.

Mart ayında ərzaq, alkoqol, tütün və enerji xərcləri nəzərə alınmadan qiymətlər illik ifadədə 4.2% (2021-ci ilin dekabrından bəri minimum), aylıq ifadədə isə 0.6% artıb. Bir ay əvvəl birinci göstərici 4.5%, ikincisi isə 0.6% yüksəlib.

Pərakəndə satış qiymətlərindəki (RPI) artım fevral ayında 4.5%-dən illik ifadədə 4.3%-ə qədər yavaşlayıb. Bu göstərici Britaniya işəgötürənləri tərəfindən maaşlarla bağlı danışıqlar zamanı istifadə olunur.

Son xəbərlər
Digər xəbərlər