11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan Qazaxıstanda ən çox fəaliyyət göstərən şirkətlərin sayına görə TOP 10-luğa daxil olub

2024-cü ilin aprel ayına qədər Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan müəssisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb.

Aprelin 1-nə ölkədə qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin sayı 1 434 (18.3% çox) təşkil edib.

Eyni zamanda, bu şirkətlərin ən çoxu Astanada (372) və Almatıda (467) qeydiyyatdan keçib.

Statistik məlumatlara əsasən, bu il aprelin 1-nə Azərbaycandan ölkədə tam fəaliyyət göstərən şirkətlərin sayı 1 146-sı kiçik, 4-ü orta və 2-si iri olmaqla, 1152 (19% çox) təşkil edib.

Qazaxıstanda ən çox sayda Azərbaycan şirkəti topdansatış və pərakəndə ticarət, avtomobil və motosiklet təmiri (489), tikinti (185), müxtəlif xidmətlər (225), emal sənayesi (51), nəqliyyat və anbar (43), peşəkar, elmi və texniki fəaliyyət (35), daşınmaz əmlak əməliyyatları (35), inzibati və yardımçı xidmətlər (29), səhiyyə və digər sahələrdə fəaliyyət göstərir.

Aprelin 1-nə qədər olan məlumata görə, Qazaxıstanda qeydiyyatdan keçmiş şirkətlərin sayına görə ilk 10-luğa Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Özbəkistan, Çin, Qırğızıstan, Ukrayna, Almaniya, Cənubi Koreya və Belarus daxildir.

Ümumilikdə, bu il aprelin 1-nə Qazaxıstanda qeydiyyatdan keçmiş xarici müəssisələrin ümumi sayı 57 052-yə (13% çox) çatıb, onlardan 44 568-i (12.3% çox) fəaliyyət göstərir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər